Texnologiya

İşıq pulunun 66 faizini bu cihaz "yeyir"

İşıq pulunun 66 faizini bu cihaz yeyir

Məişətdə elektrik enerjisinə qənaət etmək istəyən ailələrin əsas diqqəti mətbəx avadanlıqlarına yönəlsə də, evlərdə işıq pulunu ən çox artıran əsl səbəbkar üzə çıxıb. Aparılan son araşdırmalar göstərir ki, mənzillərdə isitmə sistemlərindən sonra ən çox sayğac fırladan cihaz mətbəxdəki soba və ya soyuducu deyil, elektrikli su qızdırıcılarıdır (termosifon və boylerlər).

Demokrat.az xəbər verir ki, bu barədə beynəlxalq enerji agentliklərinin hesabatında bildirilib.

Məlumata görə, elektrikli isitmə sistemləri evin ümumi işıq xərcinin orta hesabla 66 faizini mənimsəyərək siyahıya liderlik edir. İsinmədən kənar qalan digər xərclər incələndikdə isə su qızdırıcıları bütün təmizlik və mətbəx cihazlarını geridə qoyaraq ikinci sırada qərarlaşır.

Cihazın yüksək enerji sərf etməsinin əsas səbəbi sadəcə suyu qızdırmaqla kifayətlənməməsidir. Avadanlıq çənin daxilindəki suyun temperaturunu sabit saxlamaq üçün gün ərzində rejimdə qalaraq səssizcə işləməyə davam edir.

Araşdırmaya əsasən, adambaşına illik orta isti su istehlakı 800 kWh civarındadır. Dörd nəfərlik ailənin istifadə etdiyi standart su çəninin illik ümumi enerji istehlakı isə orta hesabla 3200 kWh səviyyəsinə çatır.

Ekspertlərin fikrincə, bu yüksək istehlakı nəzarət altına almaq və büdcəyə qənaət etmək üçün iki konkret addım atılmalıdır:

Temperaturun optimallaşdırılması: Cihazların temperaturunu 60 dərəcə və daha yuxarı nizamılamaq enerji istehlakını birbaşa artırır. Həm rahatlığı təmin etmək, həm də təhlükəli bakterioloji risklərin (legioner xəstəliyi) qarşısını almaq üçün ideal temperaturun 50 ilə 55 dərəcə arasında saxlanılması tövsiyə olunur.

Ərpin təmizlənməsi: Zamanla cihazın qızdırıcı elementlərində yığılan ərp istilik səmərəliliyini azaldır. Nəticədə qurğu suyu qızdırmaq üçün daha çox elektrik enerjisi sərf edir. Müntəzəm qulluq və təmizlik işləri xərcləri birbaşa azaldır.

Yəni, evlərdə soba və soyuducudan daha çox cərəyan işlədən elektrikli su qızdırıcılarının temperaturunu 50-55 dərəcə arasında saxlamaq və qızdırıcı elementlərini ərp dən təmizləmək işıq pulunu əhəmiyyətli dərəcədə azaldır.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova