Dünya Özəl

Paşinyanın qəribə davranışı gülüş doğurdu — VİDEO

Paşinyanın qəribə davranışı gülüş doğurdu — VİDEO

Ermənistan Baş naziri Nikol Paşinyan keçirdiyi mitinqlərin birində Qarabağdan qaçan separatçı rejimin keçmiş rəhbərlərini və ermənistanlı müxalif liderləri kəskin dildə tənqid edib. Səsucaldıcı vasitəsilə etirazçılara müraciət edən hökumət başçısı özünü "Qarabağ elitası" adlandıran şəxsləri xalqı girov götürməkdə və qorxaqlıqda ittiham edib.

Demokrat.az xəbər verir ki, separatçıların ünvanına sərt ifadələr işlədən baş nazir onların Ermənistandakı fəaliyyətinə son qoyacağını vurğulayıb:

"Qaçıb aradan çıxanlar, sizin ümumiyyətlə burada nə işiniz var. Axı ümumiyyətlə nə iş var ki burada. Bunlar kimlərdir axı, gəlib mənə barmaq silkələyir, Qarabağın yalançı elitası hamınız rədd olun buradan ümumiyyətlə. Siz kimsiniz axı. Buna bax deyir Artur Osipyanam, başınızı vurun divara, gedib övladlarımızın yerinə siz həlak olardınız. Talançı heyvanlar. Siz Qarabağ xalqını da girov götürmüşdünüz, bəli girov götürmüşdünüz Qarabağın xalqını. İndi gəlib Qarabağ məsələsini qaldırırsınız. Əgər siz belə Qarabağ məsələsi qaldıransınızsa onda gedib həlak olardınız. Niyə sağsınız ümumiyyətlə. Bəs axı siz nə üçün sağsınız. Sən nə üçün sağsan ki, axı indi də gəlib 5 min nəfər qurban barədə danışırsan mənimlə ay alçaq, nə üçün sağsan. Bəs indi Şahramanyan nə üçün sağdır, hələ o birilər: indi sizin Parlamentdə deputat hesab olanlar nə üçün sağdırlar? Nə üçün həlak olmadılar? İndi isə gəlib deyirlər ki, 5 min qurban gedib. Nə üçün bəs siz həlak olmamısınız? Kim sizi qoruyub saxlayır ümumiyyətlə ay şərəfsizlər. Qarabağın yalançı elitasından heç kim indi deməsin ki, bəs Qarabağ məsələsi filan...Hamısını kökündən təmizləyəcəyəm. Vaxtında mübarizə aparardınız ay qaçıb aradan çıxanlar, indi mübarizə aparmaq vaxtı deyil. Konkret bax bunun kimilər, ümumiyyətlə, gəlib indi burada mənə barmaq silkələməyə cəsarət etməyin ".

Paşinyan çıxışının davamında Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan, Serj Sarqsyan və digər tanınmış siyasi fiqurların rəhbərlik etdiyi qruplaşmaları da hədəf alıb. O, müharibədə ölən minlərlə gəncin fonunda bu şəxslərin sağ qalmasını rəzalət adlandırıb:

"Robi, Serj, Kaluqatsu, Qaqonun rəhbərlik etdiyi Qarabağın yalançı elitasına deyirəm: sizin kökünüzü Ermənistandan kəsəcəyəm. Alçaqlar, siz nə üçün sağsınız ümumiyyətlə. Siz açıqlama verməlisiniz ki, siz nə üçün sağsınız. Hələ bir də gəlib 5 min qurban deyirsiniz. Nə üçün qurban 5 min olub? Siz nə üçün o qurbanların içində deyilsiniz alçaqlar? İndi Osipyan deyir ki, sən gərək məni.... Sən kimsən axı, sən kimsən ki mən səni tanımalıyam?"

Baş nazirin bu bəyanatları Ermənistanda hakimiyyətlə Qarabağdan gələn revanşist qüvvələr və daxili müxalifət arasındakı gərginliyin ən pik həddə çatdığını göstərir.Nikol Paşinyanın mitinqdəki bu emosional və aqressiv çıxışı Ermənistanın daxili siyasətində krizisin və qütbləşmənin hansı həddə çatdığını aydın göstərir. Ermənistan rəhbərinin səsucaldıcı ilə kütləyə müraciət edərkən işlətdiyi ifadələr təkcə küçə ritorikası deyil, həm də ciddi siyasi mesajlar daşıyır.

Kənan Demokrat.az

NE
Nihadə Eyyubova