Şou-biznes Özəl

"Uzak Şehir"in Alyası Fransada göz qamaşdırdı — VİDEO

Uzak Şehirin Alyası Fransada göz qamaşdırdı — VİDEO

Məşhur aktrisa Sinem Ünsal möhtəşəm tərzi ilə Fransada keçirilən Kann Film Festivalına damğa vurub. "Uzak Şehir"dəki uğurlu performansı ilə yadda qalan aktrisa bu dəfə qırmızı xalçadakı zərifliyi ilə diqqət mərkəzinə düşüb.

Demokrat.az xəbər verir ki, bu il 79-cu dəfə qapılarını açan nüfuzlu festivalda iştirak edən gözəl aktrisa fərqliliyi və fit görünüşü ilə xarici mətbuatın marağına səbəb olub. O, festival çərçivəsində verdiyi pozalarla qısa müddətdə sosial mediada böyük populyarlıq qazanıb.

Gözəllik yarışının yaşandığı beynəlxalq tədbirdə aktrisanın təbii cazibəsi xüsusi rəğbətlə qarşılanıb. Sosial şəbəkə istifadəçiləri aktrisanın bu geyimini və qədd-qamətini şərh yağışına tutaraq ona minlərlə bəyənmə göndəriblər.

View this post on Instagram

A post shared by Sinem Ünsal (@sinemunsal)

Aytən Demokrat.az

NE
Nihadə Eyyubova