Şou-biznes

Qızı Əməkdar artisti qürurlandırdı

Qızı Əməkdar artisti qürurlandırdı

Əməkdar artist Elnur Kərimovun ailəsində sevincli günlər yaşanır. Tanınmış aktyorun övladı təhsil sahəsində mühüm uğura imza atıb.

Demokrat.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat paylaşıb. Doqquzuncu sinifdə oxuyan Aylin buraxılış imtahanlarında 249 bal toplayaraq istədiyi təhsil müəssisəsinə yollanmaq şansı qazanıb.

Elnur Kərimov qızının bu nailiyyətindən qürur duyduğunu gizlətməyib və sevincini izləyiciləri ilə bölüşərək yazıb:

“Qızım imtahanlarında yüksək nəticə göstərərək, Azarbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasına daxil olub”.(axsam.az)

Demokrat.az

NE
Nihadə Eyyubova