Dünyanın ən gözəl şəhərləri açıqlanıb.
Demokrat.az xəbər verir ki, siyahını "Architectural Digest" jurnalı dərc edib.
Siyahının yekun sıralama olmadığını qeyd olunan xəbərdə memarlıq, mədəni irs, təbii gözəlliklər və tarixi toxuma ön plana çıxarılıb. Siyahıda dünyanın müxtəlif coğrafiyalarından şəhərlər yer alıb: Fici, Yaponiya, Peru və Cənubi Afrika kimi ölkələrdən nümunələr seçilib.
1. Savusavu (Fici) 2. Karmel-by-the-Sea (ABŞ) 3. Hoi An (Vyetnam) 4. Queenstovn (Yeni Zelandiya) 5. Hanqzu (Çin) 6. Edinburq (Şotlandiya) 7. Tokio (Yaponiya) 8. Kartaqena (Kolumbiya) 9. Stokholm (İsveç) 10. Tiflis (Gürcüstan)
Siyahıda həmçinin İstanbul, Paris, Barselona, Kyoto, Amsterdam, Florensiya, Edinburq, Rio-de-Janeyro və Sinqapur kimi şəhərlər də yer alıb. Jurnal şəhərləri təkcə memarlıq deyil, həm də təbii mühit, mədəni zənginlik və yaşam atmosferinə görə qiymətləndirdiyini bildirib.
Jalə Demokrat.az


