Sağlamlıq Özəl

Mədədə 10 qat böyüyür: Bu tozla bağlı bilməli olduğunuz faktlar

Mədədə 10 qat böyüyür: Bu tozla bağlı bilməli olduğunuz faktlar

Son dövrlərdə qidalanma trendlərində tez-tez rast gəlinən “psyllium toxumu tozu” su və ya südlə qarışdırılaraq istifadə olunur.

Demokrat.az xəbər verir ki, qısa müddətdə gel konsistensiyası alan və həcmini bir neçə dəfə artıran bu lif əlavəsi ilə bağlı əsas məqamlar belədir.

Bu məhsulun elmi adı “psyllium husk”dur və təbii lif mənbəyi kimi tanınır. Xüsusilə arıqlama və toxluq hissini artırmaq məqsədilə istifadə edildiyi üçün sosial şəbəkələrdə populyarlaşıb.

"Psyllium toxumu tozu" su ilə qarışdırılaraq içilir, çünki maye ilə təmasda olduqda sürətlə şişərək gel halına gəlir.

Ən çox istifadə olunan qayda belədir: təxminən 1 çay qaşığı toz bir stəkan suya əlavə edilir, qarışdırıldıqdan sonra gecikdirilmədən içilir.

Bundan əlavə, yoğurt, smuzi və yulaf qarışıqlarına da əlavə edilə bilər. Süd və ya meyvə şirəsi ilə də istifadə oluna bilər, lakin qəbuldan sonra əlavə su içilməsi vacib sayılır.

Bu lif əlavəsi çox miqdarda qəbul edildikdə həzm sistemində narahatlıqlara səbəb ola bilər. Ən çox rast gəlinən şikayətlərə köp, qaz, qarın ağrısı və bağırsaq narahatlığı daxildir.

Xüsusilə kifayət qədər su içilmədən qəbul edildikdə risk artır, çünki şişən lif qida borusunda və ya bağırsaqda tıxanma hissi yarada bilər.

Bundan başqa, bəzi dərmanların sorulmasına təsir edə biləcəyi üçün dərmanlarla eyni vaxtda qəbul edilməməsi və arada ən az 1–2 saat fasilə saxlanılması tövsiyə olunur.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova