Maraqlı Özəl

Evi təmir edərkən bir vedrə qızıl sikkə tapdılar — FOTOLAR

Evi təmir edərkən bir vedrə qızıl sikkə tapdılar — FOTOLAR

İngiltərənin Dorset bölgəsində yaşayan ailələrdən birinin evində apardığı sadə təmir işləri tarixi kəşflə nəticələnib. Mətbəxin tavanını hündürləşdirmək qərarına gələn ailə üzvləri döşəmənin altından gözlənilməz xəzinə tapıblar.

Demokrat.az xəbər verir ki, South Poorton Farm adlı fermada yaşayan Robert və Betti Fuks cütlüyü mətbəxin beton döşəməsini qazarkən təxminən yarım metr dərinlikdə saxsı qab aşkar ediblər. Qabın içərisindən İngiltərə Vətəndaş Müharibəsi dövrünə aid xeyli qədim sikkə çıxıb.

Betti Fuks həmin anları belə xatırlayıb:

“Yoldaşım qazarkən nəsə tapdığını qışqırdı. Tapdığımız bütün sikkələri vedrəyə doldurduq. Həmin anda onların nə qədər qiymətli olduğunu bilmirdik”.

Evi təmir edərkən bir vedrə qızıl sikkə tapdılar — FOTOLAR
Evi təmir edərkən bir vedrə qızıl sikkə tapdılar — FOTOLAR

Britaniya Muzeyində aparılan araşdırmalar zamanı məlum olub ki, bu pullar 1642–1651-ci illəri əhatə edən müharibə dövründə gizlədilib. “Poorton sikkə xəzinəsi” adlandırılan kolleksiyada Birinci Yakov və Birinci Karl dövrünə aid qızıl sikkələrlə yanaşı, Birinci Elizabet və Birinci Mariya dövrünün gümüş pulları da yer alıb.

Hərraca çıxarılan xəzinə kolleksiyaçılar tərəfindən maraqla qarşılanıb və təxminən 75 min dollara satılıb. Ekspertlərin fikrincə, bu pullar vaxtilə varlı bir mülkədar tərəfindən qorunmaq məqsədilə basdırılsa da, sahibi onları geri götürməyə imkan tapmayıb. Beləliklə, 400 illik sirr təsadüf nəticəsində gün işığına çıxıb.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova