Bakının Sabunçu rayonunda 32 yaşlı kişi keçmiş nişanlısına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin yanvarın 23-də rayonun Kürdəxanı qəsəbəsində baş verib.
Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Əmrah qohumu və keçmiş nişanlısı Mədinə (adlar şərtidir – red.) ilə sonuncunun anasının münasibətlərinə qarşı olmasına baxmayaraq əvvəldən aralarında olan evlənmək barədə razılaşmalarına əsasən yaşadığı Neftçala rayonunun kəndinə aparmaq yanvarın 23-də, saat 08:30-da idarə etdiyi “Hyundai Elantra” markalı avtomobil ilə Kürdəxanı qəsəbəsinə gəlib.
Əmrah Mədinə ilə görüşdükləri vaxt, görüşə tək deyil, xalası oğlu Asim ilə gəlməsi, Asimin onun könüllü getməsinin şahidi olaraq digər yaxın qohumlarına yayacağı səbəbindən aralarında mübahisə etməyə başlayıb.
Bununla Mədinə ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onu istintaqla müəyyən edilməyən kəsici əşya ilə vurub. Sonra isə təpiklə sağ diz nahiyəsindən qəsdən vuraraq ona xəsarətlər yetirib.
Fakt üzrə Əmrahın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərərvurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Əmrah ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin ifadələrindən məlum olub ki, onlar arasında barışıq olub. Bu səbəbdən də zərərçəkmiş keçmiş nişanlısına qarşı şikayətini geri götürüb, onu bağışlayıb.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


