Azərbaycan Respublikasının Nazirlər Kabineti iri istehlakçılar üçün illik təbii qaz sərfiyyatının həddi ilə bağlı yeni qərar qəbul edib.
Demokrat.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iri istehlakçı hesab olunmaq üçün illik sərfiyyatın həddi 300 milyon kubmetr və ondan yuxarı səviyyədə müəyyən edilib.
Yəni, artıq rəsmən illik 300 milyon kubmetrdən çox qaz işlədən müəssisələr iri istehlakçı kateqoriyasına aid ediləcək.
Demokrat.az


