Şou-biznes

Əməkdar artist on ildir mübarizə apardığı xəstəliyə qalib gəldi

Əməkdar artist on ildir mübarizə apardığı xəstəliyə qalib gəldi

Əməkdar artist Bəsti Sevdiyeva uzun illərdir gizli saxladığı sağlamlıq problemləri barədə ilk dəfə danışıb. Müğənni qatıldığı televiziya proqramlarının birində on il ərzində ağır xəstəliklə mübarizə apardığını və nəhayət bu sınaqdan qalib ayrıldığını bildirib.

İfaçı həm Türkiyədə, həm də Bakıda uzunmüddətli müalicə kursları keçdiyini qeyd edərək prosesi ictimaiyyətdən gizli saxlamağa üstünlük verdiyini vurğulayıb. Sənətçi bu qərarın ailə daxilində verildiyini deyib: "Mənim yerimdə kim olsaydı, bu ağır xəstəliyi ictimailəşdirərdi. Həyat yoldaşım dedi ki, lazım deyil, hər şeyi özümüz edəcəyik".

Müalicə müddətinin çətinliyindən bəhs edən Bəsti Sevdiyeva sağalmasını mənəvi amillərlə əlaqələndirib: "Qalib gəlməyə də bilərdim. Mən kiməm ki? Allah etdi”.

Qeyd edək ki, sənətçinin həyat yoldaşı bir müddət əvvəl vəfat edib.(axsam.az)

Demokrat.az

NE
Nihadə Eyyubova