Dünya

Macarıstanın yeni baş naziri o oldu

Macarıstanın yeni baş naziri o oldu

Macarıstanda keçirilən son siyasi proseslərin nəticəsində 45 yaşlı Peter Magyar ölkənin yeni baş naziri seçilib.

Uzun illər hakimiyyətdə olan Viktor Orbanın rəhbərliyindən sonra bu dəyişiklik Macarıstan siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Keçmiş diplomat və hüquqşünas olan Magyar əvvəllər hakim Fides partiyasına yaxın şəxslərdən biri olsa da, sonradan müxalifət cəbhəsinə keçərək geniş xalq kütləsinin dəstəyini qazanıb.

1981-ci il təvəllüdlü siyasətçi xüsusilə gənc nəsil arasında populyarlıq qazanıb. O, Macarıstanın Avropa İttifaqı ilə münasibətlərini normallaşdırmağı və daxili islahatlar aparmağı əsas hədəf kimi bəyan edib.

Demokrat.az

NE
Nihadə Eyyubova