Şou-biznes Özəl

Məşhur müğənni süni komaya salındı — FOTO

Məşhur müğənni süni komaya salındı — FOTO

Məşhur britaniyalı müğənni Bonni Teylor kritik vəziyyətdədir.

Demokrat.az xəbər verir ki, “Correio da Manha” nəşrinin yazdığına görə, 80-ci illərin ulduzu Portuqaliyadakı xəstəxanalardan birindədir. İfaçı bağırsaq əməliyyatından sonra səhhətinin kəskin pisləşməsi səbəbindən süni komaya salınıb.

Məlumata görə, 74 yaşlı və “Total Eclipse of the Heart” superhitinin ifaçısı olan Bonni Teylorun səhhətindəki problemlər apreldə başlayıb. Həmin vaxt ona “bağırsaq perforasiyası” diaqnozu qoyulub və cərrahi əməliyyat aparılıb.

Daha əvvəl sənətçinin nümayəndələri əməliyyatın uğurlu keçdiyini və onun bərpa mərhələsində olduğunu bildirmişdilər. Lakin sonradan vəziyyət dəyişib.

“Bonni Teylor induksiya olunmuş komadadır. O, huşsuz vəziyyətdədir və süni nəfəs aparatına qoşulub”, deyə jurnalistlər qeyd edir.

Qeyd olunur ki, həkimlər hələlik Teylorun vəziyyəti ilə bağlı dəqiq proqnoz vermirlər, çünki orqanizmin gələcək reaksiyası bəlli deyil.

Xatırladaq ki, daha əvvəl “Buffi – vampirlərin məhv edicisi” serialının ulduzu Nikolas Brendonun ölüm səbəbi açıqlanmışdı. 54 yaşlı aktyor bu ilin martında vəfat edib.

Məşhur müğənni süni komaya salındı — FOTO

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova