Böyük Britaniyanın vəliəhd şahzadəsi Uilyamın stadiondakı davranışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Demokrat.az xəbər verir ki, şahzadənin oyundan çəkilmiş görüntüləri qısa zamanda internetdə yayılaraq istifadəçilərin diqqətini cəlb edib.
Məlumata görə, 43 yaşlı Uilyam sevimli komandası “Aston Villa”nın matçını stadiondan izləyib və qarşılaşma zamanı olduqca emosional anlar yaşayıb.
Adətən rəsmi və təmkinli davranışı ilə seçilən şahzadə bu dəfə özünü daha sərbəst aparıb: oyunun gedişində qışqırıb, sevincini gizlətməyib, əlləri ilə jestlər edib və yanında olan dostları ilə qucaqlaşıb. Onun izlədiyi komanda isə həlledici oyunda rəqibini 4:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasına vəsiqə qazanıb.
Sosial şəbəkə istifadəçiləri bu görüntüləri “nadir səmimiyyət anı” kimi dəyərləndirib. Şərhlərdə “maskasını çıxardı”, “ilk dəfə bu qədər təbii görürük” və “şahzadənin emosiyaları hamını təəccübləndirdi” kimi fikirlər yer alıb.







Jalə Demokrat.az


