Siyasət

Xanlar Vəliyevin qızı bu vəzifəyə təyin edildi

Xanlar Vəliyevin qızı bu vəzifəyə təyin edildi

“Mərkəzi Nəbatat Bağı”nın idarə heyətinin sədrinə yeni müavin təyin edilib.

Demokrat.az Manset.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Gülşən Vəliyeva “Mərkəzi Nəbatat Bağı”nın idarə heyətinin sədrinin müavini təyin edilib.

Qeyd edək ki, Gülşən Vəliyeva Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı, hazırda isə Konstitusiya Məhkəməsinin hakimi olan Xanlar Vəliyevin qızıdır.

Demokrat.az

NE
Nihadə Eyyubova