Şou-biznes Özəl

Barış Mançonun səhnə yoldaşının meyiti tapıldı

Barış Mançonun səhnə yoldaşının meyiti tapıldı

Türk rok musiqisinin tanınmış simalarından biri, vaxtilə Barış Manço ilə eyni səhnəni bölüşən musiqiçi Hüseyn Cebeci Bodrumda ölü halda tapılıb.

Demokrat.az xəbər verir ki, hadisə Muğlanın Bodrum rayonunun Ortakent Müsgebi ərazisində qeydə alınıb. Yaxınları iki gündür ondan xəbər ala bilmədikləri üçün yaşadığı mənzilə gediblər. Evə daxil olan şəxslər 59 yaşlı sənətçini ağır vəziyyətdə aşkar ediblər.

Bildirilir ki, Hüseyn Cebecinin bədənində odlu silah izi müəyyən olunub. Hadisə yerinə çağırılan təcili yardım əməkdaşları onun artıq həyatını itirdiyini təsdiqləyiblər.

İlkin versiyada ölümün intihar ola biləcəyi ehtimal edilir. Lakin dəqiq nəticə aparılacaq məhkəmə-tibbi ekspertizadan sonra məlum olacaq. Faktla bağlı Bodrum Baş Prokurorluğu araşdırma başladıb.

Yaxın çevrəsinin dediyinə görə, sənətçi son aylarda sağlamlıq problemləri ilə mübarizə aparır, eyni zamanda maddi çətinliklər yaşayırdı. O, ölümündən az əvvəl Bodrum Herodot Mədəniyyət Mərkəzində planlaşdırılan konsert üçün hazırlıqlara da başlamışdı.

Hüseyn Cebeci uzun illər Kurtalan Ekspres tərkibində çıxış edib və Anadolu rok musiqisinin tanınan simalarından biri kimi yadda qalıb.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova