Unibank biznes sahibləri üçün yeni kampaniya keçirir. “Biznesinizə 6 qat dəstək” adlanan kampaniya çərçivəsində mayın 31-dək “Unibank”da hesab açan müştərilər, bank xərclərinə xeyli qənaət edəcəklər. Güzəştlər hesab açılan tarixdən etibarən 2 ay ərzində davam edəcək.
Kampaniya sahibkarlara əsas maliyyə əməliyyatlarını daha sərfəli şərtlərlə həyata keçirmək imkanı yaradır. Kampaniya çərçivəsində biznes sahiblərinə aşağıdakı imkanlar təqdim olunur:
- Ölkədaxili pul köçürmələrinə 50% endirim
- Əməkhaqqı köçürmələrinə 50% endirim
- Biznes və əməkhaqqı kartları pulsuz
- Valyuta konvertasiyaları 0% komissiya ilə
- POS-terminal ödənişlərində komissiyalara güzəştlər
- Fərdi valyuta məzənnələri
“Unibank”da elə indi hesab açın (https://hesab.unibank.az/login) və bu fürsətlərdən faydalanın!
Unibank biznes müştərilərinə çevik, sərfəli və müasir maliyyə həlləri təqdim etməklə, sahibkarlığın inkişafına dəstəyini davam etdirir.
Unibank- Sənin Bankın!


