Maraqlı Özəl

Tərəvəzlərin yağı canına çəkməməsi üçün sınaqdan keçmiş üsul

Tərəvəzlərin yağı canına çəkməməsi üçün sınaqdan keçmiş üsul

Mətbəxdə bir çox qadının qarşılaşdığı ən böyük problemlərdən biri tərəvəzlərin qızardılarkən həddindən artıq yağ çəkməsidir. Xüsusilə badımcan süngərvari quruluşu səbəbindən yağı saniyələr içində canına çəkir, bu isə həm yeməyin dadına, həm də sağlamlığa mənfi təsir edir.

Demokrat.az xəbər verir ki, tərəvəzlərin daha az yağlı və xırtıldayan olması üçün bir neçə sadə üsul mövcuddur. İlk növbədə, kartof və ya badımcanı qızartmazdan əvvəl onları duzlu suda saxlamaq lazımdır.

Duz tərəvəzin tərkibindəki artıq suyu çıxarır və toxumaları sıxlaşdırır. Sudan çıxardıqdan sonra tərəvəzləri mütləq kağız dəsmal vasitəsilə tam qurutmaq lazımdır, çünki nəmli qalan tərəvəz yağı daha çox sorur.

Badımcan üçün tətbiq edilən ən təsirli üsullardan biri də dilimlərin üzərinə yüngülcə yumurta ağı çəkmək və ya una bulamaqdır. Bu, tərəvəzin xaricində qoruyucu təbəqə yaradaraq yağın daxilə nüfuz etməsinin qarşısını alır. Bundan başqa, yağın dərəcəsi də mühüm rol oynayır. Tərəvəzləri tavaya əlavə etməzdən əvvəl yağın kifayət qədər qızdığından əmin olmaq lazımdır. Soyuq və ya ilıq yağda bişən tərəvəzlər qızarmaq əvəzinə yağı özünə çəkməyə başlayır.

Yəni, qızartmanın daha yüngül olması üçün tərəvəzləri duzlu suda saxlayıb tam qurulamaq və mütləq qaynar yağda bişirmək kifayətdir.

Aytən Demokrat.az

NE
Nihadə Eyyubova