"Kızılcık Şerbeti" serialında gözlənilməz ayrılıq yaşanır. Ekran işinin gələn mövsüm üçün təsdiq almasına baxmayaraq, əsas simalardan biri layihəni tərk edir.
Demokrat.az xəbər verir ki, Çimen obrazını canlandıran Selin Türkmen serialdan ikinci dəfə ayrılmaq qərarı alıb. Aktrisa 138-ci bölümdə yayımlanacaq mövsüm finalı ilə komanda ilə vidalaşacaq. Lakin Çimen obrazı serialda qalmağa davam edəcək.
Məlumata görə, hazırda həmin rol üçün yeni aktrisa axtarılır. Mövsüm finalında daha iki aktyorun da serialdan gedəcəyi iddia olunur.





İsmayıl Demokrat.az


