Maraqlı Özəl

Ağcaqanad və qarışqaların qənimi tapıldı — Dərman lazım deyil, hər evdə var

Ağcaqanad və qarışqaların qənimi tapıldı — Dərman lazım deyil, hər evdə var

Baharın gəlişi ilə birlikdə mənzillərə dolan həşəratlar bir çox insan üçün ciddi narahatlıq mənbəyinə çevrilir. Xüsusilə balkonu olan evlərdə bu problem daha kəskin hiss olunur.

Demokrat.az xəbər verir ki, yay aylarında qapı və pəncərələrin açıq qalması həşəratların evə girişini asanlaşdırsa da, qədim xalq təbabətindən gələn sadə üsul bu dərdi kökündən həll edir. Cəmi bir diş sarımsaqdan istifadə etməklə mənzilinizi dəvətsiz qonaqlardan qoruya bilərsiniz.

Sarımsağın tərkibindəki kəskin qoxulu maddələr bir çox həşərat, xüsusilə də milçək və ağcaqanadlar üçün dözülməzdir. Balkonun künclərinə və ya pəncərə kənarlarına qoyulan sarımsaq təbii qalxan rolunu oynayır. Bu üsul həm kimyəvi maddələrdən uzaq durmaq istəyənlər üçün ekoloji cəhətdən təmizdir, həm də ailə büdcəsinə qənaət etməyə imkan verir. May ayından etibarən bu praktikadan istifadə etmək yayın sonuna qədər rahatlıq təmin edir.

Yəni, evinizdə həşərat dərmanı istifadə etmək yerinə, balkonun görünməyən hissələrinə sarımsaq qoymaqla zərərvericiləri özünüzdən uzaq tuta bilərsiniz.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova