ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində Hörmüz boğazında ABŞ gəmilərinə hücum olacağı halda İranın ciddi nəticələrlə üzləşə biləcəyini bildirib.
Məlumata əsasən, Yaxın Şərqdə İran, İsrail və ABŞ arasında gərginlik artıb. İsrailin müdafiə naziri İsrael Kats İrana qarşı qabaqlayıcı zərbələr endirildiyini açıqlayıb, daha sonra ABŞ-nin də əməliyyatlarda iştirak etdiyi iddia olunub.
Bundan sonra İranın İsrailə ballistik raketlərlə cavab verdiyi, İsraildə hava hücumu siqnallarının işə düşdüyü bildirilir.
Həmçinin İranın regiondakı ABŞ hərbi bazalarına zərbələr endirdiyi və bəzi ölkələrdə hava məkanının müvəqqəti bağlandığı qeyd olunur. Hörmüz boğazında gəmi hərəkətində də çətinliklərin yarandığı bildirilir.
Aprel ayında tərəflər arasında atəşkəs təşəbbüsünün olduğu, lakin danışıqların davamında fasilələr yarandığı da iddia edilir.
Demokrat.az


