Maraqlı Özəl

Millət vəkilinin kokoreç yeməyə kortejlə getməsi müzakirə yaratdı

Millət vəkilinin kokoreç yeməyə kortejlə getməsi müzakirə yaratdı

Türkiyədə İYİ Partiyanın Adana millət vəkili Ayyüce Türkeşin kokoreç yeməyə sayrışan işıqlı maşın karvanı ilə getməsi etiraz doğurub. Sosial şəbəkələrdə geniş yayılan həmin anlar qısa müddətdə tənqid hədəfinə çevrilib.

Demokrat.az xəbər verir ki, millət vəkilinin sadə yemək üçün xidməti üstünlüklərdən istifadə etməsi birmənalı qarşılanmayıb. Deputatın baş çəkdiyi restoranın hazırladığı reklam videosunda da bu görüntülərin yer alması müzakirələri daha da alovlandırıb.

Millət vəkilinin kokoreç yeməyə kortejlə getməsi müzakirə yaratdı

Bir çox sosial şəbəkə istifadəçisi xalqın təmsilçisinin gündəlik yemək üçün bu cür dəbdəbəli maşın karvanından istifadə etməsini sərt tənqid edib. Görüntülərdə əks olunan təqdimat tərzi izləyicilər tərəfindən həddindən artıq göstəriş və şişirdilmiş addım kimi qiymətləndirilib.

Hadisə ilə bağlı İYİ Partiya və Ayyüce Türkeş hələlik hər hansı açıqlama verməyib.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova