Ukrayna Prezidenti Volodimir Zelenski İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyinin Zirvə Toplantısında çıxışı zamanı maraqlı açıqlamalar verib.
Demokrat.az-ın məlumatına görə, Zelenski bildirib ki, 9 mayda Moskvada keçiriləcək hərbi paradda Ukraynaya məxsus dronların görünməsi mümkündür.
Onun sözlərinə görə, Rusiya bu ilki paradda hərbi texnika nümayiş etdirməyəcəyini açıqlayıb. Zelenski bunu qeyd edərək vurğulayıb ki, belə bir vəziyyət uzun illərdən sonra ilk dəfədir və bu, Moskvanın əvvəlki illərlə müqayisədə hərbi güc nümayişi imkanlarının məhdudlaşdığını göstərir.
Ukrayna lideri həmçinin əlavə edib ki, qarşıdan gələn yay dövrü Rusiya Prezidenti Vladimir Putin üçün həlledici ola bilər. Onun sözlərinə görə, Kreml ya müharibəni davam etdirmək, ya da diplomatik danışıqlara üstünlük vermək barədə qərar verməlidir.
Zelenski çıxışında Rusiyanın sülh yoluna yönəlməsinin vacibliyini də vurğulayıb və beynəlxalq təzyiqlərin bu istiqamətdə rol oynaya biləcəyini qeyd edib.
Jalə Demokrat.az


