Şou-biznes

“Səməni” “Maska”sının içindəki məşhur bəlli oldu — VİDEO

“Səməni” “Maska”sının içindəki məşhur bəlli oldu — VİDEO

İctimai TV-nin məşhur "Maska" şousunun növbəti buraxılışı yayımlanıb.

Bu dəfə sona "Dönər" və "Səməni" obrazı qalıb. Auditoriya şouda "Dönər" obrazını saxlayıb.

"Səməni" obrazının maskası açılıb. Onun müğənni Lalə Məmmədova olduğu ortaya çıxıb.

Qeyd edək ki, münsif kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, aparıcı Kamilə Babayeva, müğənnilər Nigar Camal və Murad Arif əyləşib.

Bu gönderiyi Instagram'da gör

Axşam.az (@axsamaz)'in paylaştığı bir gönderi

NE
Nihadə Eyyubova