Xarici siyasət

"Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər"

Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər

Azərbaycanın Qarabağ bölgəsinin bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər.

Demokrat.azxəbər veri ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Azərbaycan Prezidentinin Administrasiyasının dəvəti ilə diplomat həmkarlarımla birlikdə Qarabağ regionuna səfər etdik (1-2 may - red.). Bərpa və inkişaf tempi heyrətamizdir - Ukraynanın bərpası üçün faydalı təcrübədir", - Y.Qusev yazıb.

O, həmçinin bildirib ki, səfər çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Kiyev və Bakı arasında münasibətlərin inkişafını müzakirə edib.

D
demokrat.az