Sosial media Özəl

"Yanımdakı arvadımdır, xahiş edirəm..." — Telefonu sökən usta təəccüb içində (FOTO)

Yanımdakı arvadımdır, xahiş edirəm... — Telefonu sökən usta təəccüb içində (FOTO)

Türkiyədə telefon ustasının sökdüyü cihazdan çıxan qeyd hər kəsi təəccübləndirib. Konyada təmirə gətirilən telefonun içindən müştərinin yazdığı xüsusi mesaj tapılıb.

Usta cihazın ekranını sökəndə "yanımdakı həyat yoldaşımdır, lütfən düzəlmir de" sözləri yazılmış kağız ilə qarşılaşıb. Müştəri bu xahişin müqabilində qabın içindəki pulun ustaya halal olduğunu da qeyd edib.

Telefon ustası "yuva yıxılmasın" deyərək müştərinin xahişini yerinə yetirib və cihazı təmir etmədən geri qaytarıb.

Yanımdakı arvadımdır, xahiş edirəm... — Telefonu sökən usta təəccüb içində (FOTO)

Ailə daxili sirrin üzə çıxmaması üçün edilən bu qeyri-adi müraciət sosial şəbəkələrdə maraqla qarşılanıb. Hadisənin görüntüləri qısa zamanda minlərlə insan tərəfindən paylaşılaraq müzakirə mövzusuna çevrilib.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova