Şou-biznes

Röya və Əkbərin mahnısı erməni mətbuatında — FOTO

Röya və Əkbərin mahnısı erməni mətbuatında — FOTO

Son günlərdə sosial şəbəkələrdə müzakirə olunan Xalq artisti Röya Ayxan və müğənni Əkbərin dueti "Ay qız" erməni mətbuatında müzakirə olunub. Demokrat.az AZXEBER.COM-a istinadın xəbər verir ki, onlar, əsassız şəkildə yutubdan silinən mahnının müəllifi kimiKaren Sevakı göstəriblər. Erməni mətbuatında yer alan xəbərə görə, mahnını xalq artistinin yutub kanalından, özünü müəllif kimi təqdim edən erməni musiqiçi Karen Sevak sildirib. Onlar iddia edir ki, "Ay qız"ın musiqisi sözügedən müğənninin "Tsiani" mahnısının musiqisidir. Xatırladaq ki, heç bir əsası olmayan iddialardan sonra silinən "Ay qız" adlı mahnının bəstəkarı xalq artistinin qardaşı İsmayıl Zadədir. Qeyd edək ki, Xalq artistinin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən əsər orijinal kontentdir və müəllif hüquqları tam şəkildə qanuni əsaslarla qorunur:

"Mahnının "TikTok” və instaqram platformalarında sürətlə yayılması və trendə çevrilməsi dinləyicilər tərəfindən böyük maraqla qarşılandığını bir daha təsdiqləyir.Hazırda əsassız şikayət səbəbilə video yutub platformasından müvəqqəti olaraq silinib. Bununla əlaqədar tərəfimizdən rəsmi qaydada kontr-notifikasiya (əks-bildiriş) təqdim olunub. Qanunvericiliyə uyğun prosedurlara əsasən, yaxın günlərdə videonun bərpası gözlənilir. Yutubun qaydalarına uyğun olaraq, bu müddətin tamamlanmasını gözləmək məcburiyyətindəyik".

Demokrat.az

NE
Nihadə Eyyubova