Dünya

Tramp Nobel Sülh Mükafatına layiq görülə bilər

Tramp Nobel Sülh Mükafatına layiq görülə bilər

ABŞ Prezidenti Donald Trampın 2026-cı il Nobel Sülh Mükafatı üçün namizəd siyahısına daxil edildiyi bildirilir.

Demokrat.az xəbər verir ki,bu barədə Norveç Nobel Komitəsinin katibi Kristian Berq Harpviken “Reuters” agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə əsasən, builki siyahıda ümumilikdə 287 namizəd var. Bunlardan 208-i fərdi şəxslər, 79-u isə təşkilatlardır.

Harpviken bildirib ki, əvvəlki illərlə müqayisədə bu il namizədlər siyahısında daha çox yeni adlar yer alır.

O, həmçinin qeyd edib ki, sülh mükafatı hazırkı beynəlxalq vəziyyət fonunda xüsusi əhəmiyyət daşıyır və dünya üzrə müxtəlif sülh təşəbbüsləri davam edir.

Demokrat.az

NE
Nihadə Eyyubova