Region

"İran Hörmüz boğazının ABŞ tərəfindən blokadasına səbir edir" — Pezeşkian

İran Hörmüz boğazının ABŞ tərəfindən blokadasına səbir edir — Pezeşkian

“İran Hörmüz boğazı ilə bağlı gərginlik fonunda ABŞ-ın mümkün təzyiqlərinə qarşı səbir nümayiş etdirdiyini bildirib.

Demokrat.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkəsində regiondakı vəziyyətlə bağlı açıqlama verib. O qeyd edib ki, İranın mövqeyi sülh yönümlüdür və ölkə beynəlxalq hüquqa hörmət edir.

Prezident həmçinin bildirib ki, regionda dəniz nəqliyyatı və ticarət yolları ilə bağlı yaranan gərginlik İrana qarşı təzyiq vasitəsi kimi qiymətləndirilir və bu cür yanaşmaların davam etməsi narahatlıq doğurur.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımaları üçün strateji əhəmiyyətə malik su yoludur və burada hər hansı gərginlik qlobal enerji bazarına təsir göstərə bilər.

Hazırda regionda vəziyyət diplomatik və siyasi müzakirələr çərçivəsində izlənilir.”

Demokrat.az

NE
Nihadə Eyyubova