Maraqlı Özəl

Qastrit zamanı hansı qidalardan imtina etməliyik?

Qastrit zamanı hansı qidalardan imtina etməliyik?

Mədə yanması, köp və həzmsizlik kimi şikayətlərə səbəb olan qastrit müasir dövrdə ən geniş yayılmış sağlamlıq problemlərindən birinə çevrilib. Bəs qastrit diaqnozu qoyulan hər xəstə eyni qidalanma proqramına əməl etməlidirmi? "Mədə üçün qəti qadağalar siyahısı” nə qədər doğrudur?

Demokrat.az xəbər verir ki, qastroenteroloq prof. dr. Vedat Göral bu suallara cavab verərək ənənəvi fikirləri dəyişən açıqlamalar verib.

O bildirib ki, qastritin müalicəsində hər kəs üçün keçərli “möcüzəvi bir pəhriz” yoxdur.

Qastritdə qadağan olunmalı qidalar varmı?

Qastritdə hamı üçün tam qadağan olunan vahid siyahı yoxdur. Lakin bəzi qidalar əksər xəstələrdə şikayətləri artırdığı üçün adətən uzaq durmaq tövsiyə olunur:

Acılı və ədviyyatlı qidalar

Çox isti və çox soyuq içkilər

Alkoqol

Qəhvə

Turşular və sirkə

Acılı və çox tomatlı yeməklər

Ümumiyyətlə uzaq durulmalı qidalar:

Çox yağlı və qızartmalar

Alkoqol və kafeinli içkilər

Qazlı içkilər

Turş meyvələr (bəzilərində portağal, limon, pomidor)

Emal olunmuş qidalar

Çox yüksək dozada C vitamini

Mayonez və ağır souslar

Daha yaxşı qəbul olunan qidalar:

Qaynadılmış və buğda bişirilmiş yeməklər

Az yağlı toyuq və balıq

Banan, kartof, düyü

Yulaf və yoqurt

Təbii üsullar və bitki çayları

Çobanyastığı: iltihabı azalda bilər Zəncəfil: ürəkbulanmanı azaldır Rezene: köpü azaldır Nanə: bəzi insanlarda reflünü artırır Probiyotiklər (yoqurt, kefir və s.) elmi olaraq daha güclü dəstək üsulu hesab olunur.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova