Azərbaycan Dəmir Yolları dəmir yolları boyunca təhlükəsizliyin təmin edilməsi istiqamətində növbəti tədbirləri davam etdirir.
Demokrat.az xəbər verir ki, qurumdan verilən məlumata görə, təhkim zolaqlarında yanğın və hərəkət təhlükəsizliyi riski yaradan bitki örtüyünə, xüsusilə alaq otlarına qarşı mütəmadi mübarizə aparılır.
Bildirilib ki, bu məqsədlə xüsusi herbisid vasitələrdən istifadə olunur. Tətbiq edilən preparatlar mövcud norma və tələblərə uyğun şəkildə seçilir və istifadə edilir.
Qurum vurğulayır ki, bütün işlər SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) qaydaları çərçivəsində sözügedən vasitələr müvafiq norma və tələblərə uyğun şəkildə istifadə olunur.





