Maraqlı Özəl

Soyuducunu belə işlədəndə işıq pulu daha çox gəlir

Soyuducunu belə işlədəndə işıq pulu daha çox gəlir

Soyuducunun üzərinə qutu, qab-qacaq və ya başqa əşyalar yığmaq həm texnikanın ömrünü qısaldır, həm də ayın sonunda işıq pulunun daha çox gəlməsinə səbəb olur.

Demokrat.az xəbər verir ki, soyuducunun üst hissəsi müxtəlif əşyalarla örtüldükdə hava axını kəsilir və cihaz daxili temperaturu sabit saxlamaq üçün daha böyük güclə işləyir. Bu proses enerji sərfiyyatını birbaşa artırır ki, həmin artım elektrik ödənişlərində dərhal hiss olunur. Daimi gərginlik və istilik altında qalan mühərrik isə nəzərdə tutulan vaxtdan daha tez sıradan çıxır. Hava dövranı təmin edilməyən cihazlarda kompressorun yanması və ya digər texniki qəzaların baş vermə ehtimalı dəfələrlə yüksəkdir.

Həmçinin oxu: Bakının ən ucuz evləri bu ərazidədir — SƏBƏB Bakıdan başladı, bütün ölkədə olacaq — Artıq gizlənmək mümkün deyil Başqa ölkənin serialına baxanları edam edirlər

Təhlükəsizlik baxımından soyuducunun üzərinə qoyulan ağır əşyalar vibrasiya zamanı düşə bilər, tezalışan materiallar isə qızan motorun təsiri ilə yanğın riski yaradır. Cihazın daha səmərəli işləməsi və istismar müddətinin uzanması üçün onun ətrafında, xüsusən də üst qismində boş sahə saxlanılmalıdır. Belə sadə addımla həm büdcənizə qənaət etmiş, həm də məişət texnikanızı qorumuş olarsınız.

Demokrat.az

NE
Nihadə Eyyubova