Kriminal Özəl

Türkiyədə azərbaycanlı qadın güllələndi — FOTO

Türkiyədə azərbaycanlı qadın güllələndi — FOTO

Iğdırda Azərbaycan vətəndaşı güllələnib.

Demokrat.az xəbər verir ki, Iğdırın Bağlar məhəlləsi, Güzide küçəsində yerləşən yaşayış binasının üçüncü mərtəbəsində iki nəfərin meyiti tapılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilə daxil olarkən bir qadın və bir kişinin qan içində hərəkətsiz vəziyyətdə uzandığını görüblər. Tibbi müayinə zamanı hər iki şəxsin odlu silahla vurulduğu və hadisə yerində dünyasını dəyişdiyi məlum olub.

Türkiyədə azərbaycanlı qadın güllələndi — FOTO

Araşdırmalar nəticəsində ölənlərin Azərbaycan vətəndaşı Maise Bayramova və Ali Mamak olduğu müəyyənləşib.

Meyitlər müayinə olunmaq üçün Iğdır Dr. Nevruz Eren Dövlət Xəstəxanasının morquna aparılıb. Hazırda polis hadisənin hansı şəraitdə baş verdiyini və qətlin motivlərini araşdırır.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova