Ağcabədidəqətlə yetirilən30 yaşlı Şaiq Mamedov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub.
Bu barədə onun yaxınları məlumat verib.
Bildirilib ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.
Nəticədə, kənd sakinləri -1996-cı il təvəllüdlü Şaiq Mamedovvə1989-cu il təvəllüdlü əmisi oğlu Həsən Mamedovqətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən2004-cü il təvəllüdlü Əliniyaz Əliyevpolis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, tərəflər ötən gün kənddəki toyun ciyəraxşamı məclisində mübahisə ediblər. Həmin mübahisə bu gün davam etdirilib və qanlı hadisə baş verib.
Yaxınlarının verdiyi məlumata görə, 12 ildir evli olan Ş.Mamedovun övladı olmurmuş. O, yaxın günlərdə ata olacaqmış.
Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. (Qafqazinfo)

Demokrat.az


