Hadisə

"Koroğlu"da arxayın şəkildə yolu keçən qadını maşın vurdu — VİDEO

Koroğluda arxayın şəkildə yolu keçən qadını maşın vurdu — VİDEO

Piyada məsuliyyətsizliyi ağır qəzaya səbəb olub.

Demokrat.az xəbər verir ki, bununla bağlı görüntüləri Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yayıb.

Bildirilib ki, xüsusilə çoxzolaqlı və yüksək sürət rejimi tətbiq olunan yollarda qaydalara əməl etmədən, piyada keçidlərindən istifadə etmədən yolu keçmək ciddi təhlükə yaradır. Belə hallarda baş verən ağır yol-nəqliyyat hadisələri təsadüfi deyil, qayda pozuntusunəticəsində yaranır.

“Öz həyatınızı riskə atmayın, yolu yalnız müəyyən olunmuş keçidlərdən keçin, diqqətli və məsuliyyətli davranın. Çünk yolda təhlükəsizlik hər kəsin özündən başlayır”, - məlumatda qeyd edilib.

Demokrat.az

NE
Nihadə Eyyubova