İnfrastruktur

Həftəsonu rayona getməyi planlayarın nəzərinə! — Əsas yol bir həftəlik bağlanır

Həftəsonu rayona getməyi planlayarın nəzərinə! — Əsas yol bir həftəlik bağlanır

Şimal-qərb istiqamətinə yola düşməyə hazırlaşan sürücülər üçün hərəkət marşrutu müvəqqəti dəyişir. Muğanlı–İsmayıllı–Qəbələ yolunun başlanğıc hissəsində genişmiqyaslı təmir işlərinə start verilir.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Qurumun açıqlamasına görə, aprelin 24-ü saat 07:00-dan etibarən yolun 0–8-ci kilometrlik hissəsində nəqliyyatın hərəkəti hər iki istiqamətdə tam dayandırılacaq. Məhdudiyyət aprelin 30-u gecə saatlarına qədər qüvvədə qalacaq.

Sürücülər mənzil başına çatmaq üçün alternativ olaraq Muğanlı–Ağsu–Qaraməryəm–İsmayıllı marşrutundan istifadə etməlidirlər. Təmir gedən ərazidəki kəndlərin sakinlərinin gediş-gəlişi üçün isə xüsusi təhlükəsiz keçid şəraiti yaradılacaq. Səfər planlaşdıran şəxslərdən yaranacaq çətinlikləri nəzərə almaları və yol nişanlarının tələblərinə əməl etmələri xahiş olunur.

Yəni, aprelin sonuna qədər İsmayıllı və Qəbələyə gedən əsas yolun bir hissəsi bağlı olacağı üçün maşınlar Ağsu aşırımı və Qaraməryəm istiqamətindən keçməli olacaqlar.

Demokrat.az

D
demokrat.az