Sosial

Ölkədən qaçdığı deyilən direktorun yerinə TƏYİNAT

Ölkədən qaçdığı deyilən direktorun yerinə TƏYİNAT

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki "Sumqayıt Nəqliyyat” MMC-nin direktoru vəzifəsinə müvəqqəti təyinat olub.

Demokrat.az "Report”a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Rauf Hüseynova həvalə edilib.

O, indiyə qədər "Sumqayıt Nəqliyyat”ın direktor müavini olub və işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilmiş Xannı Rüstəmovu əvəzləyib.

Xatırladaq ki, mətbuatda yayılan məlumatlardaX.Rüstəmovun çalışdığı MMC-də səlahiyyətlərindən sui-istifadə edərək, külli miqdarda vəsaiti ələ keçirdiyi yazılmışdı. Həmçinin,şəhər ərazisində fəaliyyət göstərən marşrut xəttlərində hər bir nəqliyyat vasitəsindən qanunsuz olaraq vergi topladığı deyilirdi. Digər iddialara əsasən, X.Rüstəmovun yığdığıpullarla birlikdəAzərbaycanı tərk etdiyi qeyd olunurdu. Adı neqativ əməllərdə hallanan şəxs isə ölkəni tərk etmədiyini, öz ərizəsi ilə işdən çıxdığını açıqlamışdı. Lakin Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında "Nəqliyyat" MMC isə X.Rüstəmovun işində nöqsanlara yol verdiyini məhz bu səbəbdənvəzifəsindən kənarlaşdırıldığını bəyan etmişdi.

Demokrat.az

D
demokrat.az