Xarici siyasət

"Azərbaycanla əməkdaşlığın güclənəcəyinə ümid edirik"

Azərbaycanla əməkdaşlığın güclənəcəyinə ümid edirik

İsrail tərəfi Azərbaycanla münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə ümid bəslədiyini bildirib.

Demokrat.az-ın məlumatına görə, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkəsində paylaşım edilib.

Bildirilib ki, paylaşım İsrailin müstəqilliyinin 78-ci ildönümü münasibətilə hazırlanıb. Səfirlik mesajında iki ölkə arasında mövcud dostluq və əməkdaşlığın möhkəmlənəcəyinə inam ifadə olunub.

"İsrailin 78-ci ildönümünü qürurla qeyd edirik və Azərbaycanla münasibətlərimizin daha da güclənəcəyinə səmimi ümid bəsləyirik. Müstəqillik Günün mübarək, İsrail", – paylaşımda vurğulanıb.

Demokrat.az

D
demokrat.az