İtaliyanın xarici işlər naziri Antonio Tayani 21 apreldə açıqlama verərək bildirib ki, rusiyalı televiziya aparıcısı Vladimir Solovyovun Baş nazir Corca Meloniyə qarşı təhqiredici sözlərindən sonra, Rusiyanın Romadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Demokrat.az xəbər verir ki, İtaliya mətbuatının məlumatına görə, Solovyov Rusiya televiziyasından italyan dilində çıxış edərək, Melonini "bəşəriyyətin rüsvayı", "vəhşi heyvan", "tamamilə axmaq" və "şərəfsiz balaca qadın" kimi ifadələrlə təhqir edib. Həmçinin, rus dilinə keçərək, onu "seçicilərinə xəyanət edən faşist varlıq" kimi xarakterizə edib və əlavə edib ki, "o, hətta ABŞ prezidenti Donald Trampa da xəyanət edib".
Tayani, sosial media platforması “X”də paylaşdığı yazıda, Rusiya səfiri Aleksey Paramonovu Xarici İşlər Nazirliyinə çağıraraq, Solovyovun İtaliyanın Baş naziri Corca Meloni haqqında söylədiyi son dərəcə ağır və təhqiramiz ifadələrə qarşı rəsmi etirazını bildirdiyini vurğulayıb.
Demokrat.az


