Maraqlı

Yuxu gətirən qidalar

Yuxu gətirən qidalar

Bəzən bütün günü yorğun olsaq da, başımızı yastığa qoyan kimi yuxumuz sanki hara isə yox olur. Əslində, gecənin sakitliyində rahatca yuxuya dalmağın yolu yataq otağımızdan deyil, birbaşa şam yeməyi süfrəmizdən keçir.

Demokrat.az xəbər verir ki, rusiyalı somnoloq Valeriya Bonadykova yuxu keyfiyyətini artıran qidalarla bağlı maraqlı tövsiyələr verib. Mütəxəssis bildirib ki, axşam menyusunda triptofanla zəngin məhsullara üstünlük verilməlidir. Bu amin turşusu yuxu hormonu kimi tanınan melatoninin sintezində mühüm rol oynayır. Hinduşka əti, balıq, yumurta, süd və yulaf kimi qidalar triptofanın əsas mənbələridir. Həmçinin tam buğda çörəyi kimi mürəkkəb karbohidratlar bu maddənin orqanizm tərəfindən mənimsənilməsini asanlaşdırır.

Həmçinin oxu: Binəqədi sakinlərinə şad xəbər Bu maşınlar 4 min ucuzlaşdı Qapının ağzına bir ovuc tökün: Həmişəlik yoxa çıxacaqlar

Gərginliyi və narahatlığı azaltmaq üçün şam yeməyinə yaşıl tərəvəzlər və ya bir az qoz-fındıq əlavə etmək faydalıdır. Çünki bu məhsulların tərkibindəki maqnezium sinir sistemini sakitləşdirir. İçkilər arasında isə melissa, lavanda və çobanyastığı çayları yuxuya keçidi sürətləndirir. İsti və azyağlı süd isə xoşbəxtlik hormonu serotoninin ifrazına kömək edərək bədəni istirahətə hazırlayır. Həkim onu da qeyd edib ki, qəhvə, energetik içkilər və alkoqol sinir sistemini qıcıqlandıraraq yuxu fazalarını tamamilə alt-üst edə bilər.

Yəni, rahat yuxu üçün axşam menyusunda ağır yeməkləri süd, balıq və maqneziumla zəngin tərəvəzlərlə əvəz etmək kifayətdir.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova