Məşhur türk müğənni Rza Tamerin bir neçə gün öncə anidən vəfat etməsi ilə bağlı müzakirələr davam edir. Demokrat.az xəbər verir ki, 43 yaşlı müğənninin ölümü şübhəli hesab edilib. Bu səbəbdən Türkiyə polis zəhərlənmə ehtimalını nəzərə alaraq araşdırma başladıb. Müğənninin məhkəmə ekspertizasının nəticələri hələ açıqlanmayıb.
Bundan sonra sənətçinin menecerlik şirkəti onun ölümü ilə bağlı yeni açıqlama yayıb. Açıqlamada məqsədin yayılan əsassız iddiaların və məlumat qarışıqlığının qarşısını almaq olduğu bildirilib:
"Dəyərli sənətçimiz Rıza Tamerin aramızdan ayrılması dərin kədər və şokla qarşılanıb. Təxminən dörd aydır birlikdə çalışdığımız Rza Tamer bizim üçün yalnız bir sənətçi deyil, eyni zamanda ailə dostu və ailəmizin bir üzvü olmuşdu. Bu səbəbdən acımız sonsuzdur. Keçmişdə yaşadığı çətinliklərə baxmayaraq, son dövrlərdə həyatının ən sağlam, ən xoşbəxt və ən rahat günlərini yaşayırdı. Bu il üçün hazırladığı albom artıq yayımlanma mərhələsinə gəlmişdi və yaxın zamanda mükafat mərasimləri, tələbə görüşləri və duet layihələri planlaşdırılırdı. Rəsmi proses davam edir və məhkəmə-tibbi ekspertiza nəticəsi hələ açıqlanmayıb. Bu həssas dövrdə təsdiqlənməmiş məlumatlara və iddialara etibar edilməməsini xahiş edirik. Ailənin və yaxınlarının hisslərinə hörmətlə yanaşılması vacibdir".
Qeyd edək ki, "Popstar" yarışması ilə tanınan və qısa zamanda geniş dinləyici kütləsi qazanan Rza Tamer Bodrumdakı evində reseptli dərman qəbul etdikdən sonra halı pisləşib və bütün tibbi müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. 43 yaşlı sənətçi 18 aprel şənbə günü Muğlanın Bodrum rayonunda dəfn olunub.
Jalə Demokrat.az


