Hadisə

Ağdamda yol qəzası baş verdi — ölü və yaralılar var

Ağdamda yol qəzası baş verdi — ölü və yaralılar var

Ağdam rayonunda ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.

Demokrat.az-ın məlumatına görə, hadisə İmamqulubəyli kəndində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobillə "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. ("Report")

D
demokrat.az