Hazırlanması tam 12 saat çəkən, bədəni polad kimi möhkəmləndirən bu təam sadəcə şorba deyil, əsl şəfa qaynağı sayılan sulu ana yeməkdir. Onu içən şəxsin anındaca qan-tərə batmasının isə elmi cəhətdən olduqca maraqlı səbəbləri var.
Demokrat.az xəbər verir ki, beyran şorbasının tərkibindəki bol acı istiot və sarımsaq maddələr mübadiləsini sürətləndirərək bədən hərarətini dərhal yüksəldir. Yüksək odda təqdim edilən bu xörək orqanizmi tərlədir, toksinlərin xaric olunmasına şərait yaradır və insanın üzərindəki halsızlığı bıçaq kimi kəsib atır. Bol kollagen tərkibi sayəsində immuniteti gücləndirən bu lezzət bədən müqavimətini ən üst səviyyəyə qaldırır.
Beyranın süfrəyə gəlişi səbir və zəhmət tələb edən uzun bir prosesdir. Quzunun kürək hissəsinin əti ilikli sümük suyu ilə birlikdə vam odda yarım gün boyunca qaynadılır. Didilmiş ətlər bişmiş düyü, sarımsaq, quyruq yağı və acı pul bibərlə birləşdirilərək xüsusi qablarda, çox gur odda son bişirmə mərhələsindən keçirilir.
Qədim zamanlarda bəylərə və cəmiyyətin nüfuzlu şəxslərinə təqdim edildiyi üçün "Beyran" adını alan bu yemək Qaziantep mətbəxinin incisidir. Maraqlıdır ki, bu enerji bombası adətən günorta və ya axşam deyil, məhz səhər saatlarında yeyilir. Gərgin iş gününə gümrah başlamaq istəyənlər üçün beyran ən ideal seçim hesab olunur.
Demokrat.az


