Dünya

Çində güclü zəlzələ baş verib

Çində güclü zəlzələ baş verib

Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Bölgəsində 6.4 bal gücündə zəlzələ qeydə alınıb.

Demokrat.az-ınməlumatına görə, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla 21:27-də qeydə alınıb. Zəlzələnin episentri Szyaşi (Feyzabad) ərazisində, ocağı isə təxminən 16 km dərinlikdə yerləşib.

380 mindən çox insanın yaşadığı Szyaşidə xəsarət və ya dağıntı barədə məlumat verilməyib.

D
demokrat.az