Sosial

Ermənistana dizel yanacağı daşıyan qatar Biləcəridən yola düşüb — YENİLƏNİB

Ermənistana dizel yanacağı daşıyan qatar Biləcəridən yola düşüb — YENİLƏNİB

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının tədarükü baş tutub.

Demokrat.azxəbər verir ki, 974 ton dizel yanacağı yüklənmiş 16 ədəd vaqondan ibarət qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Xatırladaq ki, sonuncu dəfə aprelin 14-də Azərbaycandan Ermənistana 1 298 ton dizel daşıyan 22 ədəd çən vaqon yola salınıb.

İndiyədək Azərbaycandan Ermənistana 7610 ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Bu ölkəyə yanacaq ixracına 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib.

Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

*** 09:28

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq.

Demokrat.az xəbər verir ki, bu ölkəyə 16 vaqon dizel yanacağı göndəriləcək.

Demokrat.az

NE
Nihadə Eyyubova