Maraqlı

Kariyerada yüksəliş, maaşda artım: Bu bürcün xoş günləri başladı

Kariyerada yüksəliş, maaşda artım: Bu bürcün xoş günləri başladı

Tərəzi bürcü altında doğulanlar üçün artıq heç nə əvvəlki kimi olmayacaq. Ulduzların hazırkı düzülüşü bu bürcün nümayəndələri üçün geri dönüşü olmayan, lakin olduqca uğurlu mərhələnin başladığını xəbər verir.

Demokrat.az xəbər verir ki, məşhur astroloq Tamara Qloba Tərəzi bürcü üçün yeni həyatın start götürdüyünü açıqlayıb.

Karyera sahəsində canlanma və daxili potensialın üzə çıxması gözlənilir. Astroloqun proqnozuna görə, işdə göstərilən təşəbbüskarlıq rəhbərliyin diqqətindən yayınmayacaq. Bu dövrdə vəzifə artımı, gəlirlərin çoxalması və ya irimiqyaslı layihələrə dəvət almaq ehtimalı olduqca yüksəkdir. Müəllif ideyalarını təqdim etmək və peşəkar bacarıqları nümayiş etdirmək üçün ən əlverişli zamandır.

Maliyyə məsələlərində isə ümumi müsbət fona baxmayaraq, ehtiyatlı davranmaq lazımdır. Sənədləşmə işlərində və sövdələşmələrdə hər bir detalı yoxlamaq vacibdir. Astroloq ani istəklərlə bahalı alış-verişlərdən qaçmağı və kredit öhdəliklərinə girməməyi tövsiyə edir. Bu dövrdə məntiqə söykənən qərarlar emosional addımlardan daha çox qazanc gətirəcək.

Uğur qazanmaq üçün yeni ideyaları müzakirəyə çıxarmaq, riskli sövdələşmələrdən uzaq durmaq və iş mühitində əlaqələri gücləndirmək lazımdır. Hər bir addımı öncədən planlaşdırmaq və reallıq hissini itirməmək gələcək nailiyyətlərin təməli olacaq.

Yəni, Tərəzi bürcü üçün karyerada böyük sıçrayış və şəxsi inkişaf dövrü başlayır, sadəcə maliyyə məsələlərində tələsik qərarlar verməmək şərti ilə.

Demokrat.az

NE
Nihadə Eyyubova