Dünya Özəl

Odessada avtomobildən deputatın meyiti tapıldı — FOTO

Odessada avtomobildən deputatın meyiti tapıldı — FOTO

Ukraynanın Odessa şəhərində səhər saatlarında sarsıdıcı hadisə baş verib. Primorski rayonu ərazisində dayanan avtomobillərin birində yerli şəhər şurasının deputatının meyiti aşkar edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Odessa vilayəti polis idarəsinin mətbuat xidməti məlumat yayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar. Faktla bağlı ilkin versiyalar artıq mətbuata sızıb.

Polis idarəsinin yaydığı rəsmi açıqlamada hadisənin təfərrüatlarına toxunulub:

"İlkin ehtimallara görə, o, odlu silahdan istifadə edərək özünə qəsd etmiş ola bilər".

Ukrayna mətbuatının, xüsusilə "Strana.ua" nəşrinin yaydığı məlumata görə, həyatına son qoyan şəxs Odessanın keçmiş meri Gennadi Truxanovun yaxın adamlarından biri kimi tanınan 51 yaşlı Aleksandr İvanitskidir. Hazırda hadisənin başvermə səbəbləri və deputatın ölümündən əvvəl hər hansı təzyiqlə üzləşib-üzləşmədiyi araşdırılır. Şəhər rəhbərliyi və deputat həmkarları hadisə ilə bağlı hələlik geniş şərh verməyiblər.

Odessada avtomobildən deputatın meyiti tapıldı — FOTO

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova