Kriminal Özəl

Aktyor və arvadı bir-birini öldürdü — FOTO

Aktyor və arvadı bir-birini öldürdü — FOTO

Moskvada gənc aktyor Vladislav Benqraf və həyat yoldaşının iştirakı ilə dəhşətli hadisə baş verib. İlkin məlumatlara görə, ailə münaqişəsi zəminində tərəflər bir-birinə ağır bıçaq xəsarətləri yetirərək həyatlarını itiriblər.

Demokrat.az xəbər verir ki, hadisə tərəflər arasında yaranan kəskin mübahisə zamanı qeydə alınıb. Vladislav Benqraf və həyat yoldaşı arasındakı dava qanlı qarşıdurma ilə nəticələnib. Rusiya mətbuatının yaydığı məlumatda bildirilir ki, hər iki şəxs bıçaq zərbələrindən hadisə yerindəcə dünyasını dəyişib.

Aktyor və arvadı bir-birini öldürdü — FOTO

Hazırda hüquq-mühafizə orqanları baş vermiş faciənin təfərrüatlarını, mübahisənin konkret səbəblərini və hadisənin hansı şəraitdə baş verdiyini araşdırır. Aktyorun və xanımının sosial şəbəkə hesabları üzərindən aparılan təhlillər və yaxınlarının ifadələri istintaq materiallarına əlavə edilib. Hadisə sənət camiəsində və paytaxt sakinlərində böyük şok yaradıb.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova