Dünya

Tramp İran gəmisinə atəş açılmasını təsdiqlədi: "Blokadanı yarmağa cəhd edib"

Tramp İran gəmisinə atəş açılmasını təsdiqlədi: Blokadanı yarmağa cəhd edib

ABŞ Prezidenti Donald Tramp İran mediasının amerikalı hərbçilərin İran ticarət gəmisinə atəş açması ilə bağlı məlumatını təsdiqləyib.

Oxu.Azxəbər verir ki, o, bu barədə açıqlamasında bildirib.

"Bu gün İran bayrağı altında üzən, uzunluğu təxminən 900 fut olan və demək olar ki, aviadaşıyıcı ilə müqayisə edilə bilən "TOUSKA" adlı yük gəmisi bizim dəniz blokadamızı yarmağa cəhd etdi və bu, onlar üçün uğursuzluqla nəticələndi. Gəmimiz onu yerindəcə dayandırdı və mühərrik bölməsində dəlik açdı… Gəmi tam nəzarətimiz altındadır və biz onun göyərtəsində nə olduğunu yoxlayırıq", - Tramp qeyd edib.

Demokrat.az

NE
Nihadə Eyyubova