İqtisadiyyat

Qızıl və gümüşün bahalaşması davam edir

Qızıl və gümüşün bahalaşması davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.

Demokrat.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 1,48% artaraq 4 879,6 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti isə 3,98% artaraq 81,842 ABŞ dolları təşkil edib.

Demokrat.az

NE
Nihadə Eyyubova