Şou-biznes

Bilal Əliyev: "Heç kimi dinləmirəm, gərək zirvədə məni keçsinlər"

Bilal Əliyev: Heç kimi dinləmirəm, gərək zirvədə məni keçsinlər

Xalq artisti Bilal Əliyev musiqi dünyasında səs-küy yaradacaq bəyanatla çıxış edib. Tanınmış müğənni qatıldığı televiziya proqramlarının birində həmkarları haqqında danışarkən kifayət qədər iddialı mövqe nümayiş etdirib.

Sənətçi hazırda xanəndələrdən heç kimi izləmədiyini və dinləmədiyini açıq şəkildə etiraf edib.

Bilal Əliyev bildirib ki, digər ifaçıların yaradıcılığına maraq göstərməsi üçün həmin şəxslərin peşəkarlıq baxımından ondan daha yüksək pillədə dayanması əsas şərtdir. Sənətçi fikirlərini bu cür izah edib:

"Yalan danışa bilmərəm, xanəndələrdən heç kimi dinləmirəm. Onu dinləməyim üçün gərək o zirvələrdə məni keçsin ki, mən də ondan nəsə öyrənə bilim".

Bu açıqlama qısa müddətdə sosial platformalarda maraq doğurub. İzləyicilərin bir qismi xalq artistinin özünəinamını təqdir etsə də, bir çoxu bu yanaşmanı həddindən artıq iddialı hesab edərək tənqidi rəylər bildiriblər. Müzakirələr davam edir.

Yəni, məşhur müğənni Bilal Əliyev digər sənətçilərin ondan daha yaxşı oxumadıqlarını, buna görə də onlara qulaq asmağa ehtiyac duymadığını deyib.

Demokrat.az

NE
Nihadə Eyyubova